Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı, canı ilə yazıb

8 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Bakıda Zəfər parkının açılışında iştirak etdilər. Bir çox önəmli simvollarla zəngin olan bu parkda dövlətimizin başçısı Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb və Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyub.

Parkla bağlı bir çox maraqlı nüanslar var. Bunlar arasında parkın paytaxtın 8 Noyabr prospektində inşa olunması, ərazisinin 10 hektara yaxın olması, girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı isə 44 olan Zəfər tağının inşa edilməsi xüsusi diqqət çəkir. Həmçinin, parkın keçid hissəsində 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Bu abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıqlar salınıb.

Torpaqlarımızın azad olunması uğrunda qazanılmış tarixi Qələbənin əzmini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Bu muzeyə park ərazisindən iki istiqamətdə giriş olacaq. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk ediləcək, burada toplanacaq eksponatlar isə ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini və xalqımızın əzmini nümayiş etdirəcəkdir. Beləliklə, paytaxtımızın mərkəzində və ən görkəmli yerində böyük zəfərimizi tərənnüm etdirən yeni bir məkan fəaliyyətə başladı. Hərbi Qənimətlər Parkının yaxınlığında inşa olunan bu park, böyük zəfərimizin ehtişamını özündə daşıyır. Paytaxtımıza gələn hər bir turist təbii ki, belə gözəl bir parkı ziyarət edəcək və Zəfərimiz barədə məlumat alacaqdır.

Dövlətimizin başçısı Zəfər parkının açılışında iştirak etdikdən sonra xalqa müraciət edib və burada vacib açıqlamalar verib. Prezident İlham Əliyev, ilk növbədə, xalqımızı və Silahlı Qüvvələrimizi Zəfər bayramı münasibətilə təbrik edərək, şəhidlərimizin qisasını döyüş meydanında aldığımızı xatırlatdı. Daha sonra, ölkə başçısı erməni havadarlarının çox çalışsa da, xalqımızın 30 illik işğal dövründə məğlubiyyətlə əsla barışmadığını və bu illər ərzində hazırlaşdığımızı, güclü ordu yaratdığımızı, iqtisadi inkişafı təmin etdiyimizi qeyd etdi. O vurğuladı ki, siyasi çəkimizin böyük olması, beynəlxalq tribunalarda sözümüzü qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi və gənc nəslin yetişdirilməsi bizi qələbəyə doğru aparan əsas amillərdir. Bəli, bütün bunlar ayrı-ayrılıqda olduqca vacibdir, lakin bu amillərin vəhdəti olmadan uğur əldə etmək mümkün olmazdı. Çünki ordu vuran əldirsə, iqtisadiyyat o gücü təmin edir. İqtisadiyyatı zəif olan ölkənin silah arsenalı da zəifdir, azad və müstəqil siyasət yürütmək gücü də yoxdur. Ümummilli lider Heydər Əliyev əbəs yerə deməmişdir ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu günün reallığı da bu sözü bir daha təsdiq edir.

Digər tərəfdən, Azərbaycanın beynəlxalq aləmdəki güclənən mövqeyi, dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini qorumaq və bərpa etmək istiqamətindəki siyasətini daha da möhkəmləndirdi. Bir çox böyük dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən vasitəçilər Ermənistanı dəstəklədiyi bir dövrdə, Azərbaycanın mübarizəsi qətiyyətli mövqe tutmaq və beynəlxalq tribunada sözünü açıq və birmənalı şəkildə demək üzərində qurulmuşdu. Prezident İlham Əliyevin bu sahədəki rəhbərliyi hər bir dövlətə nümunə olacaq səviyyədədir. O, həm regional, həm də qlobal səviyyədə Azərbaycanın haqqını müdafiə edərək, ölkəmizin mövqeyini qorumağı bacarıb. Azərbaycan müharibənin ilk anlarından etibarən beynəlxalq ictimaiyyətə ədalətli və hüquqi əsaslarla çıxaraq, Ermənistanın təcavüzünü və işğalını pisləyib, beynəlxalq hüququn, xüsusən də BMT-nin müvafiq qərarlarının icrasını tələb etdi. Bu qətiyyətli mövqe ölkəmizin haqq işini dünya birliyinə tanıtdı. Azərbaycanın beynəlxalq tribunada sözünü deməsi, yalnız hərbi müharibədə deyil, diplomatik müstəvidə də qalib olmasının əsas amillərindən biridir.

Qələbənin təminatçısı olan digər bir mühüm amil isə xalq-iqtidar birliyi idi. Dövlətin uğurlu idarəçiliyi ilə xalqın yüksək vətənpərvərlik ruhu arasında qurulan bu birlik müharibə zamanı Azərbaycan ordusunun gücünü artırdı. Vətəndaşlar həm döyüşlərdə, həm də arxa cəbhədə tam bir hərəkətlilik göstərərək, dövlətin hər bir addımını dəstəklədilər. Bu birliyin nəticəsi olaraq, ölkə müharibənin qısa müddətində müzəffər oldu.

Yekun olaraq, gənc nəsilin düzgün tərbiyə edilməsi və vətənpərvərlik ruhunun bərqərar olması önəmlidir. Məlumdur ki, müasir dünyada güclü dövlətlər yalnız iqtisadi və hərbi gücə deyil, həm də güclü vətəndaş cəmiyyətinə, müasir təhsil və mədəniyyətə əsaslanır. Azərbaycan dövləti, gənclərin düzgün tərbiyə edilməsi və milli dəyərlərlə böyüdülməsi məsələsinə daim xüsusi diqqət yetirib. Gənc nəsil, həm təhsil müəssisələrində, həm də sosial və ictimai həyatda, Vətənə olan sevgisini inkişaf etdirərək, dövlətin gələcək inkişafına öz töhfələrini verir. Azərbaycanın məktəb və universitetlərində vətənpərvərlik ruhunun aşılanması, gənclərin döyüş meydanlarında göstərdikləri fədakarlıq və cəsarətlə müharibədə qazandığımız Zəfərə də böyük təsir etdi. Onlar, həm döyüşlərdə, həm də Vətənə xidmət edərək tarixə adlarını yazdılar.

Beləliklə, hər bir azərbaycanlının Vətəninə bağlılığı və bu torpaqlara olan sevgisi müharibə dövründə daha da gücləndi. Bu ruh, yalnız ordu sıralarına qatılan döyüşçülər tərəfindən deyil, həm də müharibə dövründə arxa cəbhədə çalışan hər bir Azərbaycanlı tərəfindən yaşadıldı. Vətəndaşlar vətənpərvərlik ruhu ilə böyüdülərək, müharibə zamanı həm siyasi, həm də sosial cəhətdən ölkənin güclü olmasına dəstək verdilər. Həm qadınlar, həm uşaqlar, həm də yaşlılar bu ruhu yaşadaraq, Zəfərə doğru gedən yolda Azərbaycanın hər bir vətəndaşının mübarizə əzmini göstərdilər.

Sonda bir daha qeyd edək ki, bu gün Zəfər Parkında Zəfər Tağı və Zəfər Muzeyinin açılması Azərbaycanın Zəfər yolunun əzəmətini simvolizə edir. Azərbaycan Silahlı Qüvvələri, ölkəmizin birliyi və iradəsi ilə gələcəkdə də hər hansı bir təhdidi dəf edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaqdır. Bizim Zəfərimiz yalnız keçmişin qələbəsi deyil, həm də gələcəyin qələbəsidir.

Süpay Məmmədov

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

casibom güncel girişkumar siteleriistanbul escortcasibomcasibom girişmatbetcasibom girişcasibom güncel girişgrandpashabet2197.comcasibommarsbahisistanbul escort bayanholiganbet girişjojobet girişjojobetonwinbetparkbetparkbetparksekabetbetistAsyabahis günceljojobetİzmir escortcasibom yenikıbrıs night club katalogGrandpashabetGrandpashabetSpincobetturkeybetparkbetparkdeneme bonusu veren sitelerjojobet resmi giriştipobet güncel girişcasibomcasibomJojobetbakırköy escortAtaşehir Escortbetturkeycasibommarsbahis girişimajbet güncelmatbet girişmarsbahismarsbahiscasibom girişjojobet güncel girişmatadorbet girişsetrabetsetrabetcasibomcasibom girişimajbet girişhttps://www.qrziy.com/menu.php?q=f08ZlWtUpbCkH3r5onwinsekabetjojobetjojobet girişpusulabet güncel girişmarsbahis güncel girişmarsbahis güncel girişonwin güncel girişcasibom girişcasibom girişcasibom girişbets10 girişmatbetimajbettipobet güncel girişpusulabetmarsbahisDerince EscortJojobet Giriş-10 Yıllık Hizmet Mobil Girişonwin girişjojobet girişjojobet girişmatadorbet güncel girişsahabet güncel girişcasibom girişCasibom güncel girişmeritkingmatadorbetankara escortcasibomcasibompiabetgrandpashabetsahabetonwinsekabetholiganbetsekabetjojobetmatbetDerince EscortMeritkingjojobetsekabet güncel girişbetwoonbetwoonbetparkGrandpashabetgrandpashabetbetebet girişholiganbetbetkolik güncel girişmeritking girişsahipleniyorumimajbetzbahismatbet güncel girişcasibomBets10casibomderince escortcasibommatadorbet twittercasibomcasibom girişcasibom güncel girişgrandpashabetcasibomjojobet girişMatadorbetmarsbahis girişkorlllsunn12baywin girişpusulabetbetebet girişimajbet güncel girişbetriversbingo blitz freebetandyou girissahabet