Azərbaycanın yenidən doğuşu və gələcəyə baxışı

8 noyabr günü, müasir tariximizdəki ən əhəmiyyətli günlərdən biri, bəlkə də birincisidir. Həmin gün yalnız Şuşanın işğaldan azad olunması və ya bir xalqın, dövlətin Zəfər tarixi deyil. 8 noyabr həm də bir xalqın “məğlub xalq” sindromundan tam yaxa qurtardığı, mənəvi cəhətdən yenidən doğuşunun simvoludur. Bu gün Azərbaycan xalqının tarixində daim qalacaq və ən yüksək səviyyədə qeyd olunacaqdır. Hər il xalqımız bu möhtəşəm günü ölkəboyu şən tədbirlərlə, konsertlərlə, atəşfəşanlıqla qeyd edir. Dövlətimizin başçısı da bu günün hər il təntənəli şəkildə qeyd olunmasına xüsusi diqqət yetirir.

Bu il də Azərbaycan Prezidenti 8 noyabr tarixində xüsusi bir açılış edərək bu günü daha da əlamətdar etdi. Belə ki, zəfər günündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Bakıda Zəfər parkının açılışında iştirak etdilər. Simvollarla zəngin olan bu möhtəşəm park paytaxt Bakıda Zəfər ruhunu bir daha zirvəyə çıxartdı. Xüsusilə, Zəfər tağı və 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə öz xüsusi tərtibatı ilə könülləri oxşadı. Açılış zamanı ölkə başçısı xalqa müraciət edərək vacib bəyanatlar səsləndirdi. Dövlətimizin başçısının nitqində xüsusi diqqət çəkən başlıqlardan bir neçəsi, Ermənistanın silahlanma siyasəti, onu silahlandıran və Cənubi Qafqazı qarışdırmaq istəyən Qərb dövlətlərinin varlığı, Ermənistanın ən böyük düşməninin biz yox, onu alova atan ancaq sonra arxasında durmayan, qaçan bu dövlətlər olduğunun vurğulanması, Azərbaycanın müharibə istəməməsi və s. idi.

Ümumilikdə qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Parkının açılışı zamanı səsləndirdiyi fikirlər, bir tərəfdən ölkənin ərazi bütövlüyü məsələsindəki prinsipial mövqeyini ortaya qoyur, digər tərəfdən isə Ermənistanın regionda törətdiyi təxribatların və beynəlxalq aləmdə Azərbaycan qarşı aparılan çirkin kampaniyaların qarşısında Azərbaycanın qətiyyətini və mübarizə əzmini nümayiş etdirir. Prezidentin çıxışında əks olunan məsələlər bir çox aspektdə diqqətəlayiqdir: Azərbaycanın müharibə istəməməsi, lakin hər an təxribata qarşı hazır olması, eləcə də erməni tərəfinin Azərbaycanın ərazi bütövlüyünə qarşı illərlə apardığı təxribatlara qarşı verilən qəti cavab.

Dövlət başçısı çıxışında Xocalı soyqırımına, Ermənistanın törətdiyi işğalçılıq siyasətinə və Azərbaycanın minalanmış ərazilərindəki təhlükələrə də toxundu. O, Ermənistanın Azərbaycana qarşı soyqırımı, insan hüquqlarının pozulması və mədəni irsin məhv edilməsi kimi cinayətlərə imza atdığını xatırlatdı.

Prezident Əliyev nitqi zamanı Qərbin Azərbaycana qarşı apardığı geniş və çirkin kampaniyalarından da bəhs etdi. O, beynəlxalq media orqanlarının və qeyri-hökumət təşkilatlarının Azərbaycana qarşı dezinformasiya, qaralama və təhqirlər həyata keçirməsini pislədi. Vurğulandı ki, bütün bunların səbəbi 44 günlük Vətən müharibəsində Ermənistanla birgə, onun havadarlarının da acı və alçaldıcı məğlubiyyətlə sarsılmasıdır. Bəli, bu gün bütün bu baş verənlər məhz bunun təzahürüdür. Bu dövlətlər Azərbaycanın onlara və bütün anti-Azərbaycan qüvvələrə rəğmən qələbə əldə etməsini, azad etdiyi torpaqlarda möhkəmlənməsini, bu torpaqlara yeni həyat gətirməsini və günü-gündən inkişaf etməyimizi qəbul edə bilmirlər. Ancaq Azərbaycan nə olursa, olsun öz yolundan dönməyəcək və daim müstəqillik, inkişaf, intibah yolunda irəliləyəcəkdir.

Beləliklə, Azərbaycan Prezidentinin Zəfər Parkında səsləndirdiyi nitq, ölkənin beynəlxalq münasibətlərdəki qətiyyətli mövqeyini, öz ərazi bütövlüyünü qorumaq əzmini və Ermənistanın davam edən silahlanma siyasətinin bölgədə yaratdığı  gərginliyi bir daha gözlər önünə sərdi.

Rüstəmzadə Səkinə

“Pirallahi Tibb Mərkəzi” PHŞ, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

 

casibom güncel girişsweet bonanzaistanbul escortlunabet girişcasibommatbetcasibom girişcasibom güncel girişgrandpashabet 2196casibom güncelmarsbahisistanbul escort bayanholiganbet girişjojobet girişjojobetonwin girişjojobetjojobetjojobetsekabetsekabet girişasyabahisjojobetOnwin güncel girişcasibom yenikıbrıs night club katalogGrandpashabetGrandpashabetSpincoimajbetjojobetjojobetdeneme bonusu veren sitelerbetturkeytipobet güncel girişcasibom girişcasibomJojobetbakırköy escortAtaşehir Escortbetturkeycasibom güncelmarsbahistipobet güncelmatbet girişmarsbahismarsbahismarsbahis girişjojobet güncel girişjojobetsetrabetsetrabetbeylikdüzü escortcasibom girişimajbet girişBodrum escortcasibomprensbetjojobetjojobetmarsbahis güncel girişcasibom girişcasibom girişjojobet girişgrandpashabet güncel girişgrandpashabet güncel girişgrandpashabet güncel girişmatadorbet güncel girişmobilbahispusulabettipobet güncel girişcasibom güncel girişonwinGölcük Escortcasibom üyelik girişmarsbahis girişmobilbahiscasibomsahabet güncel girişsekabet güncel girişjojobetCasibom güncel girişcasibommeritkingankara escortcasibomcasibompiabetmatadorbetgrandpashabetsahabetsekabetholiganbetsekabetjojobetmatbetGölcük EscortMeritkingjojobetonwin güncel girişbetwoonbetwoonextrabetGrandpashabetgrandpashabetbetebet girişholiganbetmaltcasino güncel girişmeritking girişsahipleniyorumimajbetzbahismatbet güncel girişcasibomBets10onwin girişbaşiskele escortcasibommatadorbetcasibomcasibom girişcasibom güncel girişgrandpashabetsüperbetinjojobet girişcasibommarsbahis girişkrownnnjoomarsbahis girişcasibom güncelonwinimajbet güncel girişbetriversbingo blitz freesahabet