Ordumuzun ilk hərbi hissəsinin komandiri vəfat ETDİ

XƏBƏR XƏTTİ
Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•

1991-ci ildə yaradılan Azərbaycanın ilk hərbi hissəsi olan 701 saylı hərbi hissənin komandiri olmuş veteran hərbçi Valeh Rəfiyev vəfat edib.

Məcra.az xəbər verir ki, ehtiyatda olan polkovnik-leytenant xəstəlik səbəbindən dünyasını dəyişib. O bu gün Qax rayonunun Qarabaldır kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, 701 saylı hissə 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində Sovet ordusuna məxsus 18110 saylı hərbi hissədə yaradılıb.

Valeh Rəfiyevin rəhbərliyi altında fəaliyyət göstərən briqada könüllülərdən təşkil edilib və Daşaltı əməliyyatında, Şuşanın kəndlərinin, Xocalının, Kəlbəcərin müdafiəsində, 1992-ci ilin uğurlu yay kampaniyasında, eləcə də 1994-cü ildə Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib.

1993-cü ilin aprelində Kəlbəcər işğal edilərkən bu hərbi hissənin qüvvələri dağınıq şəkildə rayonu tərk etmişdi (qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt