Prezident Bakıya gələn qonaqları qəbul etdi – Fotolar – Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.

Məcra.az xəbər verir ki, dövlət başçısı Monqolustan Prezidentini Bakıda görməkdən məmnunluğunu ifadə edərək, dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə ona minnətdarlığını bildirib. Prezident İlham Əliyev bu görüşün Uxnaaqiyn Xurelsux ilə ilk görüş olduğunu deyərək bunun ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Dövlət başçısı bundan əvvəl beynəlxalq tədbirlər çərçivəsində Uxnaaqiyn Xurelsux ilə təmaslarını məmnunluqla xatırlayaraq, Monqolustan Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri tarixi hadisə kimi dəyərləndirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı iqtisadi sahədə də əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Xoş sözlərə və COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Monqolustan Prezidenti dövlət başçısının dəvətini qəbul edərək Azərbaycana səfərindən böyük məmnunluğunu ifadə edib.

Monqolustan Prezidenti deyib ki, bu görüşü ikitərəfli əlaqələr üçün tarixi görüş hesab edir.

Qonaq ölkəmizin COP29-a ev sahibliyi və sədrlik etməsi münasibətilə təbriklərini çatdırıb.

Uxnaaqiyn Xurelsux da öz növbəsində Prezident İlham Əliyev ilə bundan əvvəl beynəlxalq səviyyəli tədbirlərdə təmaslarını məmnunluqla xatırlayıb.

Ölkələrimiz arasında 32 ildir diplomatik əlaqələrin qurulduğunu deyən qonaq Azərbaycan Prezidentini Monqolustana səfərə dəvət edib.

Monqolustan Prezidenti dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin ona dərin təəssürat bağışladığını deyib. Uxnaaqiyn Xurelsux ölkələrimiz arasında tarixi yaxınlığın olduğunu da vurğulayıb. O, ölkələrimiz arasında ikitərəfli hüquq-müqavilə bazasının inkişaf etdirilməsinin önəminə toxunub.

Prezident İlham Əliyev Monqolustana səfərə dəvətə və COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərə görə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti də öz növbəsində Monqolustan Prezidentinin rəhbərliyi ilə bu ölkənin inkişaf etdiyini vurğulayıb.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub, xarici işlər nazirləri və digər aidiyyəti qurumlar səviyyəsində səfərlərin təşkili ilə bağlı təlimatlar verilib. Monqolustanda investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə hökumətlərarası komissiyanın yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrində əməkdaşlığın perspektviləri müzakirə olunub.

***

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcudluğunu qeyd edən Denis Beçiroviç Azərbaycan Prezidentinin Sarayevoya rəsmi səfərini məmnunluqla xatırlayıb və Bosniya və Herseqovinanın Azərbaycan ilə qarşılıqlı səmərəli əməkdaşlığı bundan sonra da davam etdirmək əzmində olduğunu deyib.

Qonaq qeyd edib ki, son dövrlərdə nümayəndə heyətlərinin səfərləri intensivləşib.

Denis Beçiroviç Azərbaycana parlament sədri qismində səfərini xatırlayıb və vurğulayıb ki, həm o vaxt, həm də bu dəfə şahidi olduğu kimi ümumiyyətlə ölkəmiz böyük inkişaf yolu keçib.

O, spiker olduğu dövrdə Bosniya və Herseqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətnamənin qəbul edildiyini xatırladıb, bunun ölkələrimiz arasında dostluğun nümayişi olduğunu deyib.

Hazırkı dövrdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Denis Beçiroviç deyib ki, özü və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç bu səfər zamanı ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafı və dostluq əlaqələrini möhkənləndirmək istəyi ilə bağlı mesajlarını bir daha çatdırırlar. O, ölkəsinin iqtisadiyyatının müxtəlif sahələrinə Azərbaycan investiyasını cəlb etmək marağında olduqlarını bildirib və bu baxımdan Bosniya və Herseqovinanın infrastruktur və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqla bağlı təkliflərinin olduğunu deyib. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Denis Beçiroviç ölkəmizə səfərinin ikitərəfli hüquq-müqavilə bazasının möhlkəmləndirilməsi işinə də töhfə verəcəyinə ümidvarlığını bildirib.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirak etdiklərinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviçə minnətdarlığını ifadə edib.

Bosniya və Herseqovinanın bizim üçün yaxın dost və tərəfdaş olduğunu, tarixi əlaqələrin mövcudluğunu vurğulayan dövlət başçısı deyib ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında həmrəylik, qarşılılıqlı hörmət prinsipləri əsasında tərəfdaşlıq inkişaf edir.

Bosniya və Herseqovinaya səfərini və Denis Beçiroviç ilə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin uğurlu inkişafının davam etdirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Dövlət başçısı torpaqlarımızın işğal altında olduğu zaman Bosniya və Herseqovina tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi məsələsinə görə bir daha minnətdarlığını bildirib, Bosniya və Herseqovina parlamentinin bununla bağlı qəbul etdiyi qətnaməni dostluq əlaqələrimizin nümayişi kimi qiymətləndirib.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin fəal əməkdaşlıq etdiyini deyərək, siyasi əlaqələrimizin də yaxşı səviyyədə olduğunu vurğulayıb. Hələ sovetlər dövründə Bakı ilə Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu qeyd edən dövlət başçısı, o zaman Sarayevodan çoxlu sayda nümayəndə heyətlərinin ölkəmizə gəldiyini, sərginin də təşkil edildiyini məmnunluqla xatırlayıb.

Söhbət zamanı Cənubi Qafqaz və Balkan regionları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, bərpaolunan enerji, sərmayə və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

***

Prezident İlham Əliyev İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

İqlim dəyişmələri və ətraf mühit məsələlərinə xüsusi önəm verdiklərini deyən İraq Prezidenti iqlim dəyişmələri mövzusunda əldə olunmuş razılaşmanın icrasının vacibliyinə toxunub. Qonaq müharibələrin və hərbi münaqişələrin ətraf mühitə ən böyük təhlükə yaratdığını deyib. Əbdüllətif Camal Rəşid ölkəsinin COP29-da geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayıb. İraq Prezidenti ikitərəfli əlaqələrimizin uğurla inkişaf etməsindən məmnunluğunu bildirib.

Azərbaycanın nəticəyönümlü danışıqlara üstünlük verdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz qlobal iqlim dəyişmələri üzrə dövlətlər arasında həmrəylik yaratmağa və körpülər qurmağa çalışır. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunmasının önəminə toxunan dövlət başçısı bu tədbirdə iştirak etmək üçün 70 minə yaxın insanın qeydiyyatdan keçdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın ev sahibi kimi COP-a hazırlıq işlərini qısa zamanda yüksək səviyyədə gördüyünü, necə deyərlər, şəhər içində şəhər tikdiyini deyib, konfrans məkanında istifadə olunan materialların davamlılıq tələblərinə tam uyğun olduğunu bildirib.

Dövlət başçısı vurğulayıb ki, COP-u bəhanə edərək qərbyönümlü mediada Azərbaycana qarşı haqsız hücumlar edilir.

Azərbaycan ilə İraq arasında münasibətlərə toxunan dövlət başçısı ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini qeyd edib.

***

Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.

 











kulisbet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortbets10matbetonwin güncel girişonwingrandpashabet 2198casibomextrabetistanbul escort bayanBETPARK GİRİŞgalabetjojobetbetebetjojobetjojobetjojobetbetistsekabet girişasyabahis güncelcasibomÇekmeköy escortcasibom yeniAtaşehir escortGrandpashabetGrandpashabetSpincofixbetjojobetjojobet girişdeneme bonusu veren sitelermarsbahistipobet güncel girişbets10 girişcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetcasibom güncel girişextrabetbetturkey girişonwinmarsbahisgüvenilir bahis sitelerimarsbahis girişjojobet güncel girişsahabetjojobetjojobet girişcasibom giriş güncelcasibom 715 girişmatbetSultangazi escortasyabahisngsbahisbahigoholiganbet güncel girişjojobet girişmarsbahis güncel girişmarsbahis güncel girişmatadorbet güncel girişholiganbet güncel girişholiganbet güncel girişholiganbet güncel girişartemisbet güncel girişbetcupvbetkralbet güncel girişdumanbetsafirbetextrabetbetmoonpusulabetsafirbetsahabet güncel girişsekabet güncel girişsafirbetPusulabet güncel girişcasibom girişcasibom girişankara escortjackbetcasibombetpasonwin girişonwinbets10bets10casibom girişbets10casibom girişlunabetMeritkingbetkanyon güncel girişonwin güncel girişbetwoonbetwooncasibomGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinomeritkingsahipleniyorumbetparkzbahismatbet güncel girişcasibom girişjojobetAlsancak Escortbetturkeymatadorbetcasibomcasibomcasibombettilt girişcasibom girişCasibom girişimajbetimajbetsahabet girişcasibomcasibom girişimajbet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişMeritking Güncel Girişdeneme bonusu veren sitelerjackbetcasibomcasibom girişGrandpashabetbetwooncasino sitelerijackbetataşehir escortcasibom güncel girişKumburgaz Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettiltultrabetjackpot partyonwinonwin giriş