Azərbaycanda leysan yağacaq – XƏBƏRDARLIQ

XƏBƏR XƏTTİ
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı xəbərdarlıq•Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Sabah hava necə keçəcək?•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•4 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı xəbərdarlıq•Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi•Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı – VİDEO•Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə zərbə – KMBİ-dən əməliyyat-Yenilənib-VIDEO•Səbinə Əliyeva yenidən ombudsman seçildi•Sabah hava necə keçəcək?•Prezident yeni səfirləri qəbul etdi – Fotolar – Yenilənib•4 noyabrda bizi nə gözləyir? – Ulduz falı•

Noyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacağı, axşam isə ayrı-ayrı yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt