İlham Əliyev Ərdoğan ilə görüşdü – FOTO – Yenilənib

XƏBƏR XƏTTİ
Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Məcra.az xəbər verir ki, görüşdə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olundu.

Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün türk dövlətləri arasında əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi vurğulandı.

Söhbət zamanı Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti bir daha qeyd edildi.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt