Etibarnamə ilə bağlı ənənəvi problem həll olundu – DİN-dən yenilik+VİDEO

XƏBƏR XƏTTİ
“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•Şuşadan ailə fotosu•Şuşada liderlərin təkbətək görüşü keçirildi – FOTO•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO – FOTOLAR•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•Şuşadan ailə fotosu•Şuşada liderlərin təkbətək görüşü keçirildi – FOTO•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO – FOTOLAR•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•

Etibarnamə ilə avtomobil idarə edənlərin üzləşdiyi ənənəvi problem öz həllini tapıb.

Məcra.az xəbər verir ki, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq.

Belə ki, Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqi vasitəsilə etibarnamə ilə avtomobili idarə edəcəyiniz tarixləri seçə və bununla bağlı müraciət ünvanlaya bilərsiniz.

Bir gün sonra təsdiqlənən müraciətdə sürücü, etibarnamə ilə avtomobili idarə edəcəyi tarix aralığını seçir. Etibarnamə ilə avtomobili idarə edən şəxs qeyd olunan müddətdə inzibati xəta törətməyibsə, ondan sonrakı tarixlərin məsuliyyətini daşımamış olur.

Bir sözlə, avtomobil sahibi kiməsə nəqliyyat vasitəsini etibarnamə ilə veribsə, artıq nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə bilər. Bu zaman törədilən inzibati xətalar həmin avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşəcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt