Biləsuvarda şagirdlərin daş döşəmədə təhsil aldığı məktəblə bağlı – AÇIQLAMA

XƏBƏR XƏTTİ
“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•Şuşadan ailə fotosu•Şuşada liderlərin təkbətək görüşü keçirildi – FOTO•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO – FOTOLAR•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•Şuşadan ailə fotosu•Şuşada liderlərin təkbətək görüşü keçirildi – FOTO•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO – FOTOLAR•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•

Sosial şəbəkələrdə Biləsuvar rayon V.Rüstəmov adına Ağayrı kənd tam orta məktəbinin təmirsiz vəziyyətdə olması müzakirələrə səbəb olub. Belə ki, məktəbin şagirdlərinin daş döşəmə üzərində tədris alması sosial şəbəkə hesabında paylaşılan görüntülərdə diqqətdən qaçmayıb.

Məcra.az xəbər verir ki, modern.az mövzu ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni binaların tikilməsi və mövcud binaların təmirini əsas prioritetlərdən biri kimi müəyyən edib:

“İdarənin tabeliyində 175 ümumtəhsil, 53 məktəbəqədər və 7 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda 16 təhsil müəssisəsində cari təmir işləri, 3 müəssisədə isə yeni binaların tikintisi davam etdirilir”.

Qeyd edilib ki, yeni tədris ilinin əvvəlində Biləsuvar rayonu Bəydili kənd R.Mikayılov adına tam orta məktəbi tikilib istifadəyə verilib:

“Hazırda V.Rüstəmov adına Ağayrı kənd tam orta məktəbi üçün təmir işləri planlaşdırılmır. Gələcəkdə vəziyyətin qiymətləndirilməsi nəzərdə tutulur. Məktəblərin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsiplərinə əsaslanaraq həyata keçirilir”.

1391390

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt