Cəlilabadda Vətən müharibəsi şəhidimizin atası vəfat etdi – FOTO – VİDEO

XƏBƏR XƏTTİ
İcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdırSərvətdən dəyərə40 ilin həkimini işdən çıxarmışdı – Vəzifəsindən azad edildiRayonlara yağış yağacaq, dolu düşəcək – Sabahın havasıBakı-Sumqayıt yolunda dəhşətli qəza – Avtomobillər aşdı – VİDEOİlham Əliyev onları əfv etdi – Adlarİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdırSərvətdən dəyərə40 ilin həkimini işdən çıxarmışdı – Vəzifəsindən azad edildiRayonlara yağış yağacaq, dolu düşəcək – Sabahın havasıBakı-Sumqayıt yolunda dəhşətli qəza – Avtomobillər aşdı – VİDEOİlham Əliyev onları əfv etdi – Adlar

Vətən müharibəsi şəhidimiz Elnur Sadıqovun atası Kərim Sadıqov vəfat edib.

Məcra.az xəbər verir ki, bu haqda redaksiyamıza onun yaxınları məlumat veriblər.

Elnur Sadıqov 2001-ci ildə Cəlilabad rayon Təzəkənd kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Elnur hərbidə olduğu dövrdə də öz uğurları ilə seçilən əsgərlərdən olub. Dəfələrlə xidmət etdiyi hərbi hissədə qüsursuz xidmətə görə müxtəlif hədiyyə və fəxri fərmanlara layiq görülüb. Hərbi xidmətinin 15-ci ayında Vətən müharibəsi başlayıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Cəbhənin şimal istiqamətində gərgin döyüşlərdə iştirak edən Elnur ayağından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Lakin 3 günlük müalicədən sonra öz təkidi və istəyi ilə yenidən döyüşlərə qatılıb.

Elnur Sadıqov oktyabr ayının 16-da Ağdərə istiqamətində gedən ağır döyüşlərdə düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Onun nəşi ötən ilin oktyabrında Cəlilabada gətirilib və doğulduğu kənddə dəfn edilib.

Şəhidin atası Kərim Sadıqov deyir ki, oğlu döyüşlərə müharibənin ilk günlərindən qoşulub. Döyüşlərdə yaralansa da ailəsinə deməyib və yenidən döyüşlərə qayıdıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Elnur Kərimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

VASİF ƏLİHÜSEYN

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt