Taksilərdə yeni dələduzluq – Sürücülər DİQQƏTİNƏ

XƏBƏR XƏTTİ
Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib•Günün fotosu•“Heç kimə imkan vermərik ki, aramıza girsin”•“Qardaşlığımızı sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”•“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•“Əziz qardaşımın sıx qrafikinə baxmayaraq, Qarabağda olması birliyimizi bir daha göstərir”•Şuşadan ailə fotosu•Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib•Günün fotosu•“Heç kimə imkan vermərik ki, aramıza girsin”•“Qardaşlığımızı sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”•“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•“Əziz qardaşımın sıx qrafikinə baxmayaraq, Qarabağda olması birliyimizi bir daha göstərir”•Şuşadan ailə fotosu•

Son günlər taksilərlə bağlı yeni dələduzluq halı yayılıb.

 Məcra.az xəbər verir ki, taksi sürücülərinin verdiyi məlumata görə, ödənişin kartla ödənilməsindən istifadə edərək onları aldadırlar.

Belə ki, sərnişin avtomobilə əyləşərək nağd pulu olmadığını və ödənişi kart vasitəsilə etmək istədiyini bildirir. Taksi sürücüsünün kartına pulu göndərdiyini göstərir və ona saxta qəbzin görüntüsünü də göstərir.

Sürücülərin sözlərinə görə, onlar da buna aldanırlar, lakin sonradan nə qədər gözləsələr də həmin ödəniş kart hesabına yüklənmir. Sürücülər bu halın son zamanlar tez-tez təkrarlandığını bildirirlər. Məbləğlər kiçik olduğuna görə aidiyyatı qurumlara şikayət etmirlər, fırıldaqçılar da bundan daha çox istifadə edirlər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt