Azərbaycan Prezidenti İlham Əliyevin Kazana səfəri çərçivəsində keçirdiyi görüşlər və plenar iclasda çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın qlobal problemlərin həllinə böyük töhfələr verdiyini bir daha təsdiq etdi: “Dövlət başçısı çıxışında ölkəmizin beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu və bunun 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirildiyini bildirərək dördillik sədrlik dövründə uğurlu təcrübə əldə edildiyini vurğuladı. Eyni şəkildə ölkəmizin logistika mərkəzi olaraq imkanlarından da geniş şəkildə bəhs edərək öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan ölkəmizin Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini vurğuladı. Başqa sözlə desək, ölkə başçısının çıxışı ölkəmizin imkanlarının təqdimatı baxımından xüsusi əhəmiyyət daşımış oldu.
BRİCS-i cəlbedici edən əsas məqamlardan biri ondan ibarətdir ki, bu birlik müxtəlif siyasi sistemlərə və iqtisadi modellərə malik ölkələri özündə birləşdirir və bu da öz növbəsində BRİCS-i müasir dövrün müxtəlif çağırışlarına qarşı çevik və uyğunlaşa bilən edir. Hazırda Azərbaycan BRICS-i yaradan ilk 5 ölkədən 3-ü –Rusiya, Çin və Hindistanla fəal ticarət aparır.
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Xudayar Sultanlı,
ADPU Cəlilabad filialının direktoru