Bakıda fitnes müəllimi BIÇAQLANDI

XƏBƏR XƏTTİ
Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO – FOTOLAR•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•Şuşada liderlərin təkbətək görüşü keçirilir•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO – FOTOLAR•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•Ərdoğan Azərbaycana gəldi – Əliyev Füzulidə qarşıladı – VİDEO•“Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” – Video•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Məcra.az apa.az-a istinadla xəbər verir ki, hadisə Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən “Pubar” iaşə obyektində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü İsmayılov Fərid Vahid oğlu sözügedən obyektdə idman dərsi keçdiyi tələbəsinin döyüldüyü üçün qarşı tərəfə iradını bildirib.

Hələlik naməlum şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb. Daha sonra bıçaqla ona xəsarət yetirilib. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstə yerləşdirildiyi tibb müəssisəsində əməliyyat edilib. Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Fərid İsmayılov uzun müddətdir ki, müxtəlif idman zallarında idman təlimçisi kimi işləyir. Nərimanov rayonunda onun özünə məxsus “Lux” idman zalı var.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt