Lerikdə BƏDBƏXT HADİSƏ: Yanıq xəsatərləri alan 2 yaşlı uşaq öldü – Yenilənib

Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb.

Məcra.az xəbər verir ki,  2022-ci il təvəllüdlü Vüqar Abbaslı bu gün səhər səhər yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə ötən gecə Lerik rayonunun Şinəbənd kəndində baş verib. Odun peçindən çıxan alov 2 yaşlı uşağın və valideynlərinin üstünə düşüb. 2 yaşlı uşağın bədəninin çox hissəsinin yandığı bildirilirdi.

Faktla bağlı araşdırma aparılır.

 

04:57

***

Lerik rayonunda ehtiyatsızlıq üç nəfərin yanıq xəsarətləri almasına səbəb olub.

Məcra.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Şinəbənd kəndində baş verib.

Belə ki, hadisəyə səbəb 1987-ci il təvəllüdlü Abbasov Rüfət Güloğlan oğlunun evdə odun peçini yandırarkən benzindən istifadəsi olub.

Peçdən çıxan alov R.Abbasovun və yaxınlıqda olan uşaq 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb. Uşağın anası, 1989-cu il təvəllüdlü Qasımova Afiqə İbrahim qızı uşağın paltarlarını çıxarmağa çalışıb. Bu zaman ananın hər iki əli 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb.

Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşağın vəziyyətini ağır qiymətləndirir. Ona bədənin 90% termiki yanıq diaqnozu qoyulub.

Valideyinlər aldıqları yanıq xəsarətlərinə görə Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

👁 baxış