Evə silahlı hücum olub: Qəbələdə 2 nəfərin güllələnməsinin Təfərrüatı

XƏBƏR XƏTTİ
“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•Şuşadan ailə fotosu•Şuşada liderlərin təkbətək görüşü keçirildi – FOTO•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO – FOTOLAR•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•Şuşadan ailə fotosu•Şuşada liderlərin təkbətək görüşü keçirildi – FOTO•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO – FOTOLAR•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•

Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb.

Məcra.az xəbər verir ki, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyevanın evinin həyətində baş verib.

İlkin məlumata görə, G.Məmmədəliyevanın oğlunun başqa şəxsə pul borcu olub. Məsələyə onun tanışı 1979-cu il təvəllüdlü Əlibaba Gəncimov da qarışıb və qarşı tərəfə borcun vaxtında ödənilməsinə dair söz verib. Lakin G.Məmmədəliyevanın oğlu borcu vaxtında ödəyə bilməyib. Nəticədə onunla Əlibaba arasında narazılıq yaranıb.

Mübahisənin münaqişəyə çevrilməsindən sonra Əlibaba Gəncimov tüfəng götürərək G.Məmmədəliyevanın yaşadığı evə gəlib. O əvvəlcə G.Məmmədəliyevaya atəş açıb. Bunu görən qadının nəvəsi 23 yaşlı Nurlan Məmmədəliyev evdən tüfəng götürərək Əlibabanı güllələyib. Baş verən atışma nəticəsində Ə.Gəncimov ölüb. Nurlan özü də müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt