Cəlilabadda FİLM KİMİ HADİSƏ: Mağazadan nisyə dəftərini OĞURLADILAR

XƏBƏR XƏTTİ
“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•Şuşadan ailə fotosu•Şuşada liderlərin təkbətək görüşü keçirildi – FOTO•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO – FOTOLAR•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•Şuşadan ailə fotosu•Şuşada liderlərin təkbətək görüşü keçirildi – FOTO•Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirildi – VİDEO – FOTOLAR•Cəlilabadda Zəfər Günü qeyd edildi – FOTOLAR•“Gözəl şeylər hiss edirik, hava da gözəldir” – Ərdoğan•İcra başçısı incəsənət xadimlərini qəbul etdi – FOTOLAR•

Xəbər verdiyimiz kimi, ötən həftə Lənkəranda xeyirxah şəxs kəndlərin birindəki mağazadan nisyə borclarını ödəmişdi.

Məcra.az xəbər verir ki, kimliyi açıqlanmayan şəxsin sakinlərin 11 min manatdan çox borcunu bağladığı deyilirdi.

Ötən günlərdə də cənub bölgəmizdə daha bir oxşar hadisə yaşanıb. Lakin bu dəfə naməlum şəxs borcu nisyə dəftərini oğurlamaqla bağlamaq istəyib.

Cəlilabad rayonunda kəndlərin birində gecə mağazaya daxil olan şəxs pəncərəni sındıraraq içəri daxil olub. Nisyə dəftərini özü ilə götürən şəxs daha sonra yoxa çıxıb.

Kənd camaatı arasında bu hadisəyə sevinənlər olsa da, mağaza sahibi çıxılmaz vəziyyətdə qalıb.

Beləliklə, Lənkəranda insanlara örnək olacaq hadisə Cəlilabadda bir qədər səhv anlaşılıb. Öz aləmində yaxşılıq etdiyini düşünən şəxs, mağaza sahibinin düşdüyü vəziyyəti hesaba qatmayıb (ölkə.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt