Gəncədə binada partlayış baş verib.
Məcra.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər qadın ölüb.
Dağıntılar altında digər insanların olub-olmaması araşdırılır.
Əraziyə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunub. Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Gəncədə yaşayış binasında baş verən partlayış zamanı ölənləri sayı artıb.
APA-nın məlumatına görə, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya aparılıb.