Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi-FOTO

XƏBƏR XƏTTİ
“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Prezident radio və televiziya işçilərini təbrik etdi•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Prezident radio və televiziya işçilərini təbrik etdi•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə ağır itki üz verib.

B “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhidin qardaşı Elnur Əkbərov dünyasını dəyişib.

Bu gün axşam saatlarında onun halı qəfil pisləşib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.

Mərhum bu gün rəhmətə gedən, həmyerlisi Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun dəfn mərasimində olub.

Vətən Müharibəsi Qəhrəmanı O.Əkbərovun digər qardaşı Taleh Əkbərov isə bu ilin mayında dünyasını dəyişmişdi.

Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-si Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt