Leysan yağış, dolu və qar yağacaq – Sabahın havası

XƏBƏR XƏTTİ
Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•Ceyrançöldə sursat partladı – Ölən var+Yenilənib•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Yataqxanada meyiti tapılan Elvira ilə bağlı – ATU-dan açıqlama•Gənc həkim infarktdan öldü•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•Ceyrançöldə sursat partladı – Ölən var+Yenilənib•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Yataqxanada meyiti tapılan Elvira ilə bağlı – ATU-dan açıqlama•Gənc həkim infarktdan öldü•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Məcra.az-a verilən xəbərə görə, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 9-14° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt