Kivinin bilmədiyiniz faydaları

XƏBƏR XƏTTİ
Günün fotosu•“Heç kimə imkan vermərik ki, aramıza girsin”•“Qardaşlığımızı sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”•“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•“Əziz qardaşımın sıx qrafikinə baxmayaraq, Qarabağda olması birliyimizi bir daha göstərir”•Şuşadan ailə fotosu•Şuşada liderlərin təkbətək görüşü keçirildi – FOTO•Günün fotosu•“Heç kimə imkan vermərik ki, aramıza girsin”•“Qardaşlığımızı sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”•“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•“Əziz qardaşımın sıx qrafikinə baxmayaraq, Qarabağda olması birliyimizi bir daha göstərir”•Şuşadan ailə fotosu•Şuşada liderlərin təkbətək görüşü keçirildi – FOTO•

Xüsusilə C vitamini mənbəyi olan kivinin sağlamlıq üçün çoxlu faydaları var. 

Məcra.az xəbər verir ki, kivi vitaminlərlə zəngin bir meyvədir. Kivinin tərkibində çoxlu C və E vitaminləri var. Hava dəyişikliyindən yaranan soyuqdəymə və qrip zamanı çox faydalıdır. Bu meyvə həm də uşaq inkişafını dəstəkləyir. Gündə 2 ədəd kivi qəbul etməklə gündəlik C vitamini ehtiyacınızın böyük hissəsini qarşılaya bilərsiniz.

Kivi kaliumla çox zəngin bir meyvədir. Xüsusən də idmandan sonra vücudunuzda kramplar və narahatlıqlar varsa, kivi istehlak edərək bu problemlərdən xilas ola bilərsiniz.

Kivi sümük inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyir. Maqnezium və kalsium baxımından da çox zəngindir. Qadınlar osteoporoz riskinə qarşı müntəzəm olaraq bol-bol kivi istehlak etməlidirlər.

Kivi yüksək miqdarda lif ehtiva edir. Bu liflər bağırsaqların nizamlı işləməsini təmin edir və həzm sistemini sürətləndirməyə dəstək olur.

Qan təmizləyici xüsusiyyətlərə malikdir. Bundan başqa, tənəffüs yolu infeksiyalarına qarşı təsirlidir.

Bu meyvə dəridə qocalma əlamətlərini azaltmağa kömək edir. Mədə sağlamlığını qoruyur. Əsasən xora və qastrit meydana gəlməsinin qarşısını alır. Kivi astma simptomlarını azaldır, qan təzyiqini tənzimləyir.

Araşdırmalar göstərir ki, gündə cəmi iki kivi yemək depressiyanın inkişafı riskinin azalmasına kömək edir. Həmçinin orqanizm faydalı vitaminlərlə bəslənir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt