Kənan MM xəstəxanaya YERLƏŞDİRİLDİ: Ayağı qantel düşdü – FOTO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Rejissor, ssenarist və aktyor Kənan Mahmudovun başına iş gəlib. 

Məcra.az olay-a istinadla bildirir ki, buna səbəb sənətçinin ehtiyatsızlıq nəticəsində idman zalında məşq edərkən ağır çəkili qantelin ayağına düşərək sümüyünü çatlatması olub.

Bununla bağlı Kənan xəstəxanadan instaqram səhifəsində videoaçıqlama yayıb.

Mahmudov bildirib ki, baş verən hadisəyə görə o, rol aldığı “Günahsız günahkar” serialının çəkilişlərindən 2 həftə uzaq qalacaq: “İki gün əvvəl idman zalında 35 kiloluq qantel ehtiyatsızlıq səbəbi ilə ayağımın üstünə düşüb. Hadisədən sonra ayağımdakı bu ağrı ilə gəzirəm. Serial setində çalışan uşaqlar söylədilər ki, ayağını həkimə göstər. 3 millimetrlik ayağımın sümüyündə çat var. Əfsuslar olsun ki, 14 gün ayağım bu sarğıya məhkum olub. Serialdaki setə çıxa bilməyəcəyəm. Əlimizdə bölüm sayı az olduğuna görə bir həftə “Günahsız günahkar” serialı ekranda olmayacaq. Amma düşünürəm ki, bir həftə sonra dönüşümüz möhtəşəm olacaq. Xeyirlisi! Dualarınızı əsirgəməyin. Allaha əmanət olun”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt