“Bolt”dan artıq Cəlilabad sakinləri də istifadə EDƏCƏK

XƏBƏR XƏTTİ
Süni Ay torpağında yeməli kartof yetişdirildi•Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur•Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Güclü külək əsəcək – Xəbərdarlıq•Süni Ay torpağında yeməli kartof yetişdirildi•Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur•Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Güclü külək əsəcək – Xəbərdarlıq•

2024-cü ildə 9 ay ərzində gediş sifarişi xidməti Azərbaycanın daha 11 şəhərində təqdim edilib. İndi “Bolt” xidmətlərindən Naxçıvan, Lənkəran, Masallı, Şamaxı, Cəlilabad, Qazax, Quba, Şirvan, Yevlax, Xaçmaz və Qusar şəhərlərinin sakinləri də istifadə edə bilər.

Məcra.az xəbər verir ki, bu barədə “Bolt”un Azərbaycan təmsilçiliyindən məlumat verilib.

“Biz şəhərlərdə hərəkətin həm rahat, həm də təhlükəsiz olması üçün çalışırıq. Bolt hər gediş zamanı sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün daim çalışır, buna görə də biz platformamızın inkişafına sərmayə qoymağa, innovasiyalar etməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa davam edirik. Biz həmçinin yüksək səviyyədə təhlükəsizliyi və bütün yerli tələblərə uyğunluğu təmin etmək üçün yerli hakimiyyət orqanları və icmalarla fəal əməkdaşlıq edirik. Xidmətin yeni şəhərlərdə aktiv edilməsi şirkətin Azərbaycan əhalisinə ən yaxşı nəqliyyat həlləri təqdim etmək strategiyası üçün mühüm addımdır”, – deyə “Bolt Azərbaycan”ın əməliyyatlar üzrə meneceri İsa Rəhimli bildirib.

Qeyd edək ki, gediş sifariş etmək üçün smartfona “Bolt” tətbiqini yükləmək lazımdır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt