NASA tərəfindən dəstəklənən araşdırmada alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar.
Mecra.az xəbər verir ki, bu nəticə gələcəkdə Ay səthində yaradılacaq bazalarda çalışacaq astronavtların yerli qida ilə təmin olunması istiqamətində mühüm addım hesab edilir.
ABŞ və Çin qarşıdakı illərdə Ay səthinə missiyalar göndərməyi və orada uzunmüddətli bazalar qurmağı planlaşdırır. Bütün zəruri ərzaq ehtiyatlarının Yerdən daşınması çətin və məhdud olduğundan Ay səthində qida yetişdirilməsi heyətlərin yaşaması üçün əsas şərtlərdən biri sayılır. (Qafqazinfo)