Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur

XƏBƏR XƏTTİ
Süni Ay torpağında yeməli kartof yetişdirildi•Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur•Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Güclü külək əsəcək – Xəbərdarlıq•Süni Ay torpağında yeməli kartof yetişdirildi•Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur•Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Güclü külək əsəcək – Xəbərdarlıq•

Danimarka Təhsil Nazirliyi 2027-2028-ci tədris ilindən etibarən ölkənin ibtidai və orta məktəblərində mobil telefonlardan istifadənin qadağan olunacağını açıqlayıb.

Mecra.az xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, yeni qayda yalnız internetə çıxışı olan mobil telefonları deyil, şagirdlərin digər şəxsi elektron cihazlarını da əhatə edəcək.

Eyni zamanda, məktəblərin internet şəbəkələrində məzmun filtrləmə sistemi işə salınacaq.

Sənəddə qeyd olunur ki, dərs saatları ərzində təhsillə əlaqəsi olmayan platformalara – sosial şəbəkələrə, onlayn oyunlara və alış-veriş saytlarına giriş məhdudlaşdırılacaq. Hansı veb-saytların bloklanacağına isə yerli bələdiyyələr və məktəb rəhbərlikləri qərar verəcək. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt