Aylardır tapılmayan Rasimlə bağlı daha bir – Açıqlama

XƏBƏR XƏTTİ
Coratda boşanmaq istəyən qadının dəhşətli sonu•2 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Keçmiş deputat ahıllar evinə necə yerləşdirilib? – FOTO•Azərbaycanda quzu əti bahalaşdı – VİDEO•Bu yol sabahdan bağlı olacaq – Sürücülərin nəzərinə!•“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” – Putin•Cəlilabadda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu – FOTOLAR•Ermənistanda saxlanılan hərbçimizin kimliyi məlum oldu – 5 gündür itkin imiş•Coratda boşanmaq istəyən qadının dəhşətli sonu•2 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Keçmiş deputat ahıllar evinə necə yerləşdirilib? – FOTO•Azərbaycanda quzu əti bahalaşdı – VİDEO•Bu yol sabahdan bağlı olacaq – Sürücülərin nəzərinə!•“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” – Putin•Cəlilabadda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu – FOTOLAR•Ermənistanda saxlanılan hərbçimizin kimliyi məlum oldu – 5 gündür itkin imiş•

“Rasimin tapılması ilə bağlı təəssüf ki, bu gün üçün nəticə yoxdur. Amma bütün aidiyyəti qurumlar bu işə cəlb edilib”.

 Məcra.az Baş prokuror Kamran Əliyev  9 ay əvvəl İmişlidə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin axtarışı ilə bağlı danışarkən deyib.

“Mən Rasimin ailəsini dəfələrlə qəbul etmişəm. Onların da narahatlığını başa düşürəm. İş üzrə cinayət işi başlanıb, istintaq gedir. Biz əlimizdən gələni edəcəyik ki, müsbət nəticələr olsun”, – deyə K. Əliyev bildirib.

Xatırladaq ki, 11 yaşlı Rasim Xankişiyev 2023-cü ilin dekabrında itkin düşüb. Onun İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.

Hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Ötən ay baş prokuror R.Xankişiyevin nənəsini qəbul edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt