Dövlət hər zaman öz əsgərinin yanındadır
27 sentyabrdan dövlətçilik tariximizin tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən
şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını
işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda
canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata
keçirilir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir,
bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi
ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaranmış və bu
məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olmuşdur.
Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması
Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi
əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu
ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin
hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları
ilə müxtəlif orden və medallarla təltif olunublar.
Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik
göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir
protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət
tərəfindən mənzillərlə təmin edilmişdir. Müharibə əlillərinə 7 mindən artıq minik
avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar
nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş
cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən
müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqət dünya miqyasında nümunə sayıla bilər.
Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər bundan sonra
da görüləcəkdir. Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa
olunur. Paytaxtın ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin
qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır.
Azərbaycanın işğalçıları məğlub etməsi, xalqın inamını özünə qaytardı. 90-cı
illərdə müstəqillik əldə olandan sonra, həm xarici, həm də bəzi daxili qüvvələr
tərəfindən Azərbaycan xalqında ruh düşkünlüyü yaratmaq cəhdləri iflasa uğradı.
İctimai şüurda sağlam əhval-ruhiyyə baş qaldırdı. Vətəndaşların bir-birinə olan
münasibəti yeni səviyyəyə qədəm qoydu. Biz xoşbəxtik ki, Azərbaycan tarixinin məhz
bu dövründə yaşamaq bizə nəsib olub.
Vüqar Cavadov,
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektoru