Geniş islahatların müsbət nəticələri tarixi qələbəmizi təmin edib

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti
nəticəsində ölkəmizdə dayanıqlı müdafiə qüdrətimizin artırılması istiqamətində
böyük uğurlar əldə edilib. Azərbaycan Ordusunda həyata keçirilən geniş
islahatların müsbət nəticələri tarixi qələbələrimizi təmin edib. .2020-ci il
sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı
Qüvvələrinin tam qələbəsi və torpaqlarımızın işğaldan azad edilərək ərazi
bütövlüyümüzün bərpası ilə başa çatıb.
Lakin şanlı Zəfərimizdən sonra Ermənistan silahlı qüvvələrinin qalıqları
ölkəmizin ərazisindən çıxarılmayıb, təxribatlar yenə də davam etdirilib. Azad
olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparan mülki şəxslərin və Böyük
Qayıdışa dair Dövlət Proqramına müvafiq olaraq, öz doğma yurd yerlərinə
qayıdan dinc sakinlərin təhlükəsizliyinin təmin olunması və ölkəmizin bütün
suveren ərazilərində Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa
edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda
antiterror əməliyyatı həyata keçirilib.
Prezident İlham Əliyevin Qarabağ Universitetindəki çıxışında deyildiyi kimi,
Cəmi 23 saat davam etmiş unikal antiterror əməliyyatı zamanı qarşıya qoyulmuş
bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirən rəşadətli Ordumuzun
qazandığı növbəti tarixi Qələbə nəticəsində Azərbaycan Respublikasının
suverenliyi tam bərpa edilib. Müstəqilliyimizin simvolu olan Azərbaycan
Respublikasının Dövlət Bayrağı bu gün suverenliyimizin bərqərar olduğu bütün
ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Bu möhtəşəm tarixi hadisəni böyük təntənə ilə qeyd edərkən qürur hissi ilə
deməliyəm ki, tarixi qələbələrimizin təməli xalqımızın Ümummilli Lideri Heydər
Əliyev tərəfindən qoyulmuş və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
qətiyyətlə davam etdirilərək şanlı Zəfərə nail olunmuş, dövlət suverenliyimnz
təmin edilmişdir. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
müvafiq Sərəncamı ilə yeni təsis edilmiş və müstəqil dövlətçilik tariximizin ən
əlamətdar bayramlarından biri olan 20 Sentyabr – Dövlət Suverenliyi Günü
münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin
və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş
şəhidlərimizin xatirəsini hər zaman dərin hörmət və ehtiramla anırıq. Ali Baş
Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
diqqət və qayğısı sayəsində şəhidlərimizin ailə üzvləri, sağlamlığını itirən
döyüşçülərimiz və müharibə veteranlarının sosial-məişət şəraitinin
yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində bütün zəruri
tədbirlər həyata keçirilir.

Arif Nəcəfov,
Cəlilabad rayon Statistika İdarəsinin rəisi

PAGE TOP