Şəhid Ramazan Hüseynzadənin adı doğulduğu kənddə küçəyə VERİLDİ

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Cəlilabad rayonunun Muğan kəndində şəhid Ramazan Hüseynzadənin xatirəsini əbədiləşdirmək üçün adına küçə verilib.

Məcra.az xəbər verir ki, şəhidin anım günündə bununla bağlı tədbir keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon rəsmiləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi qayğıdan söz açıb, şəhid Ramazan Hüseynzadənin döyüş yolu və Vətən müharibəsində göstərdiyi igidlik barədə danışaraq onun fədakarlığını vurğulayıblar.

Şəhidin atası Həmdulla Hüseynov təşəbbüskarlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib, oğlunun vətənə, millətə olan sevgisindən danışıb.

Daha sonra kəndin mərkəzində şəhid Ramazan Hüseynzadə və onun əmisi şəhid Hilal Hüseynovun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub.

Qeyd edək ki, şəhid Ramazan Hüseynzadə 20 sentyabr 2023-ci ildə lokal xarakterli antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Şəhid Hüseynzadə Ramazan Həmdulla oğlu ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib (azərtac.az).

Cəlilabadda şəhid Ramazan Hüseynzadənin adına küçə verilib VİDEO

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt