6 sentyabr 2024-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin iş fəaliyyəti ilə əlaqədar rayon icra hakimiyyətinin akt zalında müşavirə keçirib.
Məcra.az xəbər verir ki müşavirədə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul işçiləri, rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, rayonda görülmüş işlərlə yanaşı, mövcud nöqsan və çatışmazlıqlar barəsində danışıb.Eyni zamanda müşavirənin gündəliyində olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Belə ki, vətəndaş müraciətinə həssaslıqla yanaşılması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin güncləndirilməsi, şəffaflığın artırılması, bələdiyyə mülkiyyətində olan torpaqlarda dövlət rüsumlarına, icarə haqqlarına və hərrac qiymətlərinə yenidən baxılması, bələdiyyə mülkiyyətində olan torpaqların zəbtdən azad edilməsi və azyaşlıların erkən nigaha cəlb olunmasının qarşısının alınması barəsində müşavirə iştirakçılarına öz tövsiyə və tapşırıqlarını verib.
Müşavirədə çıxış edənlər bu məsələlərə diqqətin artırılmasının vacibliyindən, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərindən, bələdiyyə torpaqlarının idarə olunması ilə bağlı qanunvericilikdəki yeniliklərdən, yerli vergilərin toplanmasının artırılması ilə bağlı görülən tədbirlərdən, bələdiyyələrin qarşısında duran əsas vəzifələrdən və erkən yaşda qurulan nigahlar yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməsi barəsində danışıblar.