Ağadadaş Ağayev klinikanı məhkəməyə verdi

XƏBƏR XƏTTİ
İranda işıqlar hər gün sönəcək•Süni Ay torpağında yeməli kartof yetişdirildi•Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur•Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•İranda işıqlar hər gün sönəcək•Süni Ay torpağında yeməli kartof yetişdirildi•Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur•Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•

Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib.

“Qaynarinfo”nun məlumatına görə, ifaçı məhkəmədə “Medera Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Mənəvi zərərin ödənilməsi” üzrə iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin bir müddət əvvəl sözügedən klinikanın mühafizəçisi ilə dava videosu yayılmışdı. Xalq artisti əlində balta ilə “Medera Hospital”ın mühafizəçisinin üzərinə hücum etmişdi. Atdığı balta isə orada çalışan təmizlikçi qadın Nəzakət Paşayevaya dəyərək onu yaralamışdı.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt