İsmayıllıda əməliyyat: icra nümayəndəsi və bələdiyyə sədri saxlanıldı

XƏBƏR XƏTTİ
İranda işıqlar hər gün sönəcək•Süni Ay torpağında yeməli kartof yetişdirildi•Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur•Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•İranda işıqlar hər gün sönəcək•Süni Ay torpağında yeməli kartof yetişdirildi•Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur•Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirib.

“Qafqazinfo” Bakıvaxtı.az-a istinadən xəbər verir ki, əməliyyat çərçivəsində bələdiyyə və İcra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

“Qafqazinfo” əməliyyatın bəzi detallarını öyrənə bilib. Məlumata görə, İdarəyə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.

Hazırda onlarin ifadələri alınır. Hələ ki, ittiham verilməyib.

Qeyd edək ki, İsmayıllı şəhərinin bundan əvvəlki icra nümayəndəsi Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt