Naxçıvanda ən yüksək səsi Vətən müharibəsi şəhidinin anası topladı

XƏBƏR XƏTTİ
BDU-nun 9 fakültəsinə dekan seçiləcək – Siyahı•İranda işıqlar hər gün sönəcək•Süni Ay torpağında yeməli kartof yetişdirildi•Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur•Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•BDU-nun 9 fakültəsinə dekan seçiləcək – Siyahı•İranda işıqlar hər gün sönəcək•Süni Ay torpağında yeməli kartof yetişdirildi•Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur•Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin dairələr üzrə lider namizədlərini açıqlayıb.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  onların arasında ən yüksək səs toplayan 34 saylı Şahbuz şəhər seçki dairəsindən namizəd Rüstəmova Gülşad Qəzənfər qızıdır. Belə ki, namizəd 75,28% səs toplayıb.

Tibbi bacısı işləyən G. Rüstəmova şəhid Emin Sadiqovun anasıdır. Hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Digər ən yüksək səs faizi toplayanlar isə Məmmədov Bəxtiyar İbrahim oğlu (74,38), Abdullayev Qəzənfər İsmayıl oğlu (74,09) və Bayramov Mübariz Novruz oğludur (74,07).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt