Qardaş “Siyəzən broyler”də işləyən bacısını niyə öldürüb?-Təfərrüat

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Siyəzəndə baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub. Bizim.Media xəbər verir ki, Siyəzən şəhər sakini, 21 yaşlı Səfər Mustafazadə 28 yaşlı bacısı Şəbnəm Mustafazadəni qısqanclıq zəminində öldürüb.

 

O, yaşadığı evdə bacısına cib bıçağı ilə ürək nahiyəsindən bir zərbə endirib və Şəbnəm yerindəcə keçinib.

 

Səfər Mustafazadə bu ağır hadisəni törətdikdən sonra Daxili İşlər Nazirliyinin “102” çağrı xidmətinə məlumat verərək bacısını öldürdüyünü bildirib.

 

Hadisə Mustafazadələr ailəsinin yaşadığı Siyəzən şəhərində, Həzi Aslanov küçəsi, 2 ünvanında qeydə alınıb.

 

Qardaşı tərəfindən həyatdan məhrum edilən Şəbnəm “Siyəzən broyler” ASC-də mühasib köməkçisi işləyirdi.

 

Qətlin tam təfərrüatı Siyəzən Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt