Son vaxtlar kütləvi mərasimlərdə – toy və yas məclislərində zəhərlənmə hallarının artması ictimai diqqəti ərzaq təhlükəsizliyi ilə bağlı problemə yönəldib. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, qidaların keyfiyyətinə məsul olan qurum öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Nəticədə restoranlar, şadlıq sarayları, mərasim evləri, bu qəbildən olan digər obyektlər, o c ümlədən, istehsalat müəssisələri əhaliyə vaxtı ötmüş ərzaqlar təklif edir, insanların sağlamlığını risk altında qoyurlar. Yenisabah.az-ın əldə etdiyi məlumata görə, bu məsələ hakimiyyət dairələrində də ciddi narahatlıq doğurub. Hətta bununla bağlı hakimiyyətin yuxarı eşelonunda müzakirə aparılıb və qida sektorunda islahatlara başlamaqla bağlı qərar qəbul edilib.
Məlumatlı şəxs saytımıza bildirib ki, islatlar iki mərhələni əhatə edəcək. İlkin mərhələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi dəyişdiriləcək. Qoşqar Təhməzli daha bacarıqlı və dinamik kadrla əvəzlənəcək. Qurumda “təmizləmə əməliyyatı” aparmaq üçün yeni sədrə “yaşıl işıq” yandırılacaq. dirnaq modelleri
İkinci mərhələdə isə AQTA-nın strukturunu təkmilləşdirmək nəzərdə tutulub. Bu mərhələdə müvafiq dövlət qurumlarının AQTA üzərində nəzarəti gücləndirməsi təmin ediləcək.
AQTA-nın tərkibində fəaliyyət göstərən müxtəlif qurum və laboratoriyalarda da köklü dəyişikliklərin aparılması gözlənilir.