Cəlilabad Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.
Məcra.az xəbər verir ki, bununla bağlı RİH başçısı Rafiq Cəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elçin Hüseyn oğlu Hüseynov Cəlilabad RİH başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin (İƏDÜ) müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Elçin Hüseyn oğlu Hüseynov 1984-cü ilin yanvar ayının 24-də Cəlilabad şəhərində anadan olub.
Orta təhsilini 1990-2000-ci illərdə Cəlilabad şəhər 1 saylı orta məktəbində alıb və məktəbi fərqlənmə attestatı ilə bitirib. 2000-2005-ci illər ərzində Lənkəran Dövlət Universitetinin tarix və ictimaiyyət ixtisası üzrə ali təhsil alıb. 2000-2007-ci illər ərzində Cəlilabad Rayon Suvarma Sistemləri İdarəsində mühəndis-hidrotexnik, əməyin mühafizəsi və təhlükəsizliyi üzrə mühəndis vəzifələrində çalışıb. 2007-ci ildən etibarən Cəlilabad Şəhər 2 saylı tam orta məktəbdə tarix fənni üzrə müəllim işləyib. Onun tərbiyələndirib yetişdirdiyi şagirdləri Respublika olimpiadalarında yüksək nəticələr əldə edib və uğur qazanıblar.
2011-ci ildə Cəlilabad Rayon Təhsil Şöbəsində tarix və coğrafiya fənləri üzrə metodist kimi işləyib, müxtəlif vaxtlarda Xəlilli və Fərzili kənd məktəblərində direktor vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının gənc fəallarından biri kimi respublika və beynəlxalq tədbirlərdə iştirak edib.
E.Hüseynov 2016-2018-ci illərdə Cəlilabad Rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (“MSK”) direktoru olub. 2018-ci ildə isə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində işləyib.
O, yeni təyinatadək Cəlilabad RİH-nin başçısının Zopun kənd İƏD üzrə nümayəndəliyinin müavini vəzifəsində çalışıb.
“İqtisadiyyat.az”