Cəlilabadda bir sıra sahələrdə artım qeydə alınıb

Cari il Cəlilabad rayonunda ötən illə müqayisədə nəqliyyat, rabitə və informasiya, həmçinin pərakəndə dövriyyədə artım olub.

“Report”un Muğan bürosunun məlumatına görə, avtomobil nəqliyyatı ilə yük daşınması 501,0 min ton və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çox olub. 2024-cü ilin yanvar-iyun aylarında 6 555 min sərnişin daşınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çox olub. Nəqliyyat sektorunda məhsul buraxılışı 6 582,5 min manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 37,3 faiz çox olub.

Həmçinin informasiya və rabitə xidmətləri üzrə işin həcmi 1 086,0 min manat olub. Cari il informasiya və rabitə xidmətlərinin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 112,1 faiz çox olub. Hesabat dövründə telefon aparatlarının sayı 12 228 ədəd olub.

Eyni zamanda 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2752,8 min manat və ya 1,0 faiz artaraq 292 308,3 min manat təşkil edib.

Pərakəndə ticarət dövriyyəsinin ümumi həcminin 143 080,9 min manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149 227,4 min manatını isə qeyri-ərzaq malları təşkil edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı 0,2 faiz, qeyri-ərzaq mallarının satışı isə 1,1 faiz artıb.

PAGE TOP