Bakıda avtobus 19 maşını əzdi – Video-Yenilənib

Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.

***

Baku.ws-in məlumatına görə, sözügedən avtobus 165 nömrəli marşrut üzrə hərəkət edirmiş.

***

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Yeni Yasamalda 165 nömrəli avtobusun səbəb olduğu zəncirvari qəza ilə bağlı açıqlama yayıb.

İdarədən bildirilib ki, hadisə vaxtı avtobusdə heç kim olmayıb:

“Avtobus park edilmiş vəziyyətdə olub. Hansısa nasazlıq səbəbindən avtobus hərəkətə başlayıb. Hadisə nəticəsində avtobusla birlikdə 19 avtomobilə ciddi ziyan dəyib. Üç nəfər xəsarət alıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır”.

 


PAGE TOP