Azərbaycan öz öhdəliklərinə sadiqliyini nümayiş etdirir

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rolunu qoruyub saxlamaqla yanaşı, həm ənənəvi, həm də bərpa olunan enerji təchizatı sahəsindəki mövqelərini daha da gücləndirir.

Ölkəmiz uzun illər ərzində bütün digər sahələrdə olduğu kimi, enerji sektorunda da etibarlı tərəfdaş kimi çıxış edib. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırır. Prezident İlham Əliyevin iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxıında qeyd olunduğu kimi bu, çox böyük məsuliyyətdir. Bu yanaşma eyni zamanda, Azərbaycanın öz öhdəliklərinə sadiqliyini nümayiş etdirir.

Azərbaycanla sıx iqtisadi, siyasi əlaqələr qurmaq istəyən Avropa İttifaqına üzv dövlətlərin sayı durmadan artmaqdadır. Bir çox Avropa dövlətləri Azərbaycanı dost, etibarlı tərəfdaş ölkə kimi görür və bu, ölkə başçımızın apardığı uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Bu əlaqələr isə həm Azərbaycanın, həm Azərbaycana digər ölkələr tərəfindən verilən yüksək qiymətdən irəli gələn qarşılıqlı münasibətlərdir.

Ümumilikdə Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Avropa ölkələri  arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Həm də ölkəmizin Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olması Avropa ilə Asiya arasında tranzit yükdaşımaların həyata keçirilməsində yeni fürsətlər yaratmışdır.

Bunlar bir daha göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Bu gün Avropa İttifaqı enerji daşıyıcıları ilə təchizatında böyük çətinliklərlə qarşılaşmışdır. Azərbaycan isə Avropa İttifaqını qazla təchizatında alternativsiz mənbəyə çevrilmişdir. 2027-ci ilə qədər Avropaya qaz ixracımızı 20 milyard kub metrə çatdırmağa hədəfləmişik. Avropa İttifaqı görürür ki, Prezident İlham Əliyevin sözü imzası qədər möhkəmdir. Ona görə də Avropa Liderləri dövlət başçımızla görüşməyə, əməkdaşlığını genişləndirməyə çalışır. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib.

 

 

        Alim Nadirov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Kövüzbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

PAGE TOP