Medianın inkişafında yeni mərhələ

1875-ci ildə “Əkinçi” qəzetinin nəşrinə başlamaqla Azərbaycanın milli mətbuat tarixinin əsasını qoyan görkəmli ziyalı Həsən bəy Zərdabi qeyd edirdi ki, mətbuat cəmiyyətin aynasıdır. 146 illik mətbu yolumuz bu həqiqətin bütün dövrlər üçün aktual olduğunu tam təsdiqlədi. Eyni zamanda agah olduq ki, mətbuat təkcə xəbər istehsal edən və onu oxucu auditoriyasına çatdıran, sadəcə maarifləndirmə, məlumatlandırma funksiyasını yerinə yetirən vasitə deyil. Onun missiyası funksiyasından genişdir. Media ictimai münasibətləri tənzimləyən, dövlətlə vətəndaş arasında mənəvi-ideoloji körpü yaradan, hətta dövlətçilik ənənələrinin, milli maraqların, milli-mənəvi dəyərlərin qorunmasını təmin edən çox mühüm amildir. Mətbuat, eyni zamanda, milli irsin qorunmasına və xalqın öz tarixi mirasına sahib çıxmasına imkan verən strateji alətdir. Ona görə də zamanın axarında ictimai rəydə “medianın inkişafı milli məsələdir, hər bir fərdin, cəmiyyətin mənafeyini, dövlətin maraqlarını əks etdirən zərurətdir” düşüncəsinin formalaşması təsadüfi deyil.

149 il zaman baxımından kifayət qədər uzun müddətdir və Azərbaycan xalqı bu dövr ərzində mürəkkəb, fərqli ictimai-siyasi şəraitdə öz taleyi ilə bağlı mühüm qərarlar edib. İki dəfə müstəqilliyin qazanılmasından tutmuş ümummilli xarakterli taleyüklü hadisələrin qeydə alınmasına qədər müxtəlif məsələləri özündə ehtiva edən böyük tarixi yol qət edib. Elə milli mətbuatımız da bəhs olunan dönəmlərdə ən müxtəlif təsirlərə məruz qalıb. Müstəqillik dövründə Azərbaycan mediası ilə bağlı bir sıra addımlar atılsa da, uzunmüddətli inkişafa dair konkret nəticələr verməyib. Peşəkar mediaya sahib olmaq arzusunu müəyyən müddət, necə deyərlər, təxirə salmalı olmuşuq. Axtarışlar davam edib və nəhayət, medianın inkişafının real düsturu müəyyənləşdirilib: milli-tarixi ənənələrin və mütərəqqi çağırışların nəzərə alınması ilə mətbuatda yeni nəsil islahatların reallaşdırılması. Əlbəttə, bunun üçün yeni konseptual baxış və fərqli tənzimləmə mexanizminin yaradılması lazım idi. Beləliklə, islahatçı lider olan Prezident İlham Əliyevin müvafiq Sərəncamları əsasında milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin əsası qoyuldu.

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini labüd edir. Qanunvericilik müstəvisində mətbuatın inkişafına verilmiş ən böyük töhfələrdən biri 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması olmuşdur. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Qabaqcıl texnologiyalar media sektoruna daxil olduqca yeni trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

 

Zakir Əliyev

Cəlilabad şəhər sakini, Təqaüdçü-jurnalist

kulisbet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortcasibommatbetcasibom girişcasibomgrandpashabet 2198casibom güncelextrabetistanbul escort bayanBETPARK GİRİŞjojobet girişjojobetbetebetjojobetjojobetjojobetbetistsekabet girişasyabahis güncelcasibomBeşiktaş escortcasibom yeniTekirdağ escortGrandpashabetGrandpashabetSpincofixbetjojobetjojobet girişdeneme bonusu veren sitelermarsbahistipobet güncel girişcasibom girişcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetcasibom güncel girişextrabetcasibom güncelsekabet güncel girişmarsbahisgrandpashabetmarsbahis girişjojobet güncel girişsahabetjojobetjojobetonwin girişcasibom 715 girişmatbet güncel girişKıbrıs night clubasyabahisngsbahisbahigocasibom girişcasibom girişjojobet girişjojobet girişmarsbahis güncel girişholiganbet güncel girişholiganbet güncel girişholiganbet güncel girişgrandpashabet güncel girişbetcupvbetfixbet güncel girişdumanbetsafirbetsekabetbetmoonpusulabetsafirbetsahabet güncel girişsekabet güncel girişsafirbetUltrabet güncel girişcasibommeritkingankara escortjackbetcasibombetpasonwin girişonwinbets10 girişbets10casibom girişbets10casibomlunabetMeritkingbetturkey güncel girişonwin güncel girişbetwoonbetwoonzbahisGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinomeritkingsahipleniyorumvevobahiszbahismatbet güncel girişholiganbetjojobetAlsancak Escortdumanbet girişmatadorbetcasibomcasibomcasibom girişgrandpashabetbettilt girişcasibom girişOnwin girişimajbet güncel girişsahabetmarsbahis girişcasibom güncel girişcasibom girişimajbet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişMeritking Güncel Girişdeneme bonusu veren sitelerjackbetcasibomcasibom girişGrandpashabetbetwooncasino sitelerijackbetataşehir escortholiganbetKumburgaz Escortbaywin girişbaywinbetcioGrandpashabetgrandpashabetgrandpashabet girişcasinolevantbettiltnakitbahis gunceljackpot party