Kürdəmirdə 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin yubileyi münasibətilə tədbir keçirilib
Məcra.az xəbər verir ki, tədbir Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub
4 iyul 2024-cü il tarixdə Kürdəmir rayonunda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayevin təşkilatçılığı ilə Kürdəmir rayon sakini, 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin 30 yaş yubiley günü münasibəti ilə tədbir təşkil edilib. Tədbirin təşkilinə Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilib.
Tədbirdə Az.GƏC tərəfindən çəkilmiş və 44 günlük Vətən Müharibəsində göz nurunu Vətən yolunda itirən onlarla qazi və veteranlara həsr olunan “Gözümün Nuru Vətən” adlı silsilə filmlərdən Rəhman Nuriyevə həsr olunan film nümayiş etdirilib.
Tədbirdə rayon icimaiyyəti ilə yanaşı, Bakıdan ezam olunan AzGƏC-in rəhbəri Səmyar Abdullayev və işçi heyəti, mədəniyyət xadimləri, Kürdəmir rayon İcra Hakimiyyəti nümayəndələri, onlarla qazi və Rəhman Nuriyevin döyüş yolunda onunla çiyin-çiyinə vuruşan əsgər dostları iştirak ediblər.
Tədbirin aparılıcılığı filmin müəllifi olan Gənc Tamaşaçılar Milli Teatrının aktrisası Simuzər Atakişiyevaya həvalə edilib.
Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək Gözdən Əlillər Cəmiyyətinin göz işığını itirmiş qazilərə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdığını və daim öz dəstəyini göstərməyə hazır olduğunu bildirib. Həmçinin Rəhman Nuriyevə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən Fəxri Fərman təqdim etdi.
Tədbirə gələn qonaqlara ölkəmizin tanınmış mədəniyyət nümayəndələrinin çıxışı ilə musiqili töhfə verildi.