Natiq Qasımovun ailəsi Prezidentə təşəkkür etdi – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib.

O bildirib ki, uzun illər sonra qardaşının şəhidlik zirvəsinə ucalmasına ən yüksək qiymət verilib.

“Özüm, ailəm adından ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Qardaşımın qanı yerdə qalmadı, cənab Ali Baş Komandan qardaşımı ən ali fəxri adla mükafatlandırıb”.

Yunis Quliyev

PAGE TOP