Kəlbəcərdə ağır qəza-Ölən və yaralanan var-Yenilənib

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi olub.

Məcra.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, qəza İstibulaq kəndində qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupunun məlumatına görə, ötən gün saat 20:30 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində “Mercedes” markalı avtomobilin aşması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri, 1955-ci il təvəllüdlü Məxsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova ölmüş, 1988-ci il təvəllüdlü Əlnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt