Şairin Elman Tovuzun vəziyyəti ağırlaşdı

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

“Məşhur şair Elman Tovuzun vəziyyəti ağırlaşıb, təcili müdaxilə olunmalıdır…”

Məcra.az xəbər verir ki, bu barədə şair Ehtiram İlham məlumat verib.

“Neçə müddətdir ki, Elman Tovuz ağrılarla üz-üzə qalıb. Onillərlə canını saran iztirablar dözülməz həddə çatıb artıq. Vəziyyətin kritikliyi səsinə də hopub…”

Onun sözlərinə görə, 1997-ci ildən yatağa düşən şairin ciddi müalicəyə ehtiyacı var:

“Taleyin qəzavü-qədəriylə yatağa düşən Elman Tovuz, öz böyük iradəsi və dözümüylə zaman-zaman çoxlu xəstəliklərin dizini yerə qoymağı bacarıb… Amma indi əlavə xəstəlikləri də yaranıb. Ömrünün böyük bir hissəsi müalicəylə ötüşüb. Heç vaxt indiki ağrı-acılar qədər müsibətli duruma düşməyən ustad şairin çox ciddi müalicəyə, ciddi həkimlərə, ciddi xəstəxanaya ehtiyacı var. Ölkəmizin səhiyyə qurumlarına, xüsusilə də, TƏBİB-ə üz tutaraq acizanə surətdə rica edirəm: Azərbaycanın gözəl şairi, dəyərli ziyalısı, mərd və böyük iradə sahibi olan Elman Tovuza yardım göstərsinlər…” “Kulis.az”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt