Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Məcra.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
İyunun 18-i saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.