“Oğlanın fikri dərsdə yox, qızın baldırında qalır”-Əməkdar artist

Əməkdar artist Gülşad Baxşıyeva açıqlamaları ilə müzakirə yaradıb.

OLAY yazır ki, sənətçi “Həftənin qonağı” proqramında qızların geyim məsələsinə toxunub.  Baxşıyeva deyib ki, tələbələrinə geyimlə bağlı qadağa qoyub:

“Evdən uzun ətəklə çıxır, görürəm, dərsdə şortla oturur. Qızım, hara gəlmisən? Bura plyaj deyil. Milliliyimizi itirməyək, onun üçün çimərlik var. Klublar, barlar var. Siz deyirsiniz dress-kod, əcnəbi sözləri eşidəndə allergiyam tutur. Geyim qaydalarıdır. Şortda əyləşir. Deyək ki, yanında da oğlan əyləşib. Mən sənətimizdən, aktyorluqdan danışıram. Görürəm ki, oğlan yavaş-yavaş qızın ağ budlarına baxır. Deyirəm, filankəs, buradayam. Deyir, hə, müəllim, Sonra yenə fikri yayınır. Deməli, bu gün o həmin dərsi öyrənmir. Axırda qızı qaldırıram, deyirəm, get, adam vidində geyin İndiki qızlar da dilli olub. Qarşısındakı pedaqoqun yaşını da nəzərə almır, cavab qaytarır ki, hansı paltarda gəlmişəm? Deyirəm, sən dənizə getdiyin paltar da gəlmisən. Bu uşaq başa düşmür, onu dərsə cəlb edə bilmirəm, çünki cazibə qüvvəsi sənin baldrılarındadır. Mənim dərsimə belə gəlməyin. Qolu uzunda gəlin, dar olmayan şalvar geyinə bilərsiniz, qısaqol olar, amma digər açıq, topik qətiyyən olmaz”.

Qeyd edək ki, G. Baxşıyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professorudur.

PAGE TOP