Bakıda zavodda faciə: Beş nəfər öldü-Yenilənib

XƏBƏR XƏTTİ
Bakı-Sumqayıt yolunda betonqarışdıran maşın aşdı – VİDEO22 sentyabrda bizi nə gözləyir? – Ulduz falıBakıda təmir edilən yol yenidən çökdü – VİDEOŞəhid atası vəfat etdi – FOTOAzərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilirİcra başçısı müavinini işdən çıxardı – DSK-ya sədr təyin edildiŞagirdlərin vahid forması təsdiqləndi – Bu geyimlərə icazə verilməyəcək“Şəki yaylası”nda faciəvi şəkildə ölən – Ucalın atasından təsirli sözlərBakı-Sumqayıt yolunda betonqarışdıran maşın aşdı – VİDEO22 sentyabrda bizi nə gözləyir? – Ulduz falıBakıda təmir edilən yol yenidən çökdü – VİDEOŞəhid atası vəfat etdi – FOTOAzərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilirİcra başçısı müavinini işdən çıxardı – DSK-ya sədr təyin edildiŞagirdlərin vahid forması təsdiqləndi – Bu geyimlərə icazə verilməyəcək“Şəki yaylası”nda faciəvi şəkildə ölən – Ucalın atasından təsirli sözlər

Bu gün saat 17:00 radələrində ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, üzən tərsanədə işləyən 4  işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.

Əraziyə FHN-nin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5  nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.

Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.

***

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00 radələrində ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub.

Hadisə yerinə dərhal 9 təcili tibbi yardım briqadası yönləndirilib.

5 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt