“Tik Tok”un insanlara təsiri-Ləman Təhməz yazır…

Giriş: Dünyada üç milyard insan, yəni yerin ümumi əhalisinin 40 faizi sosial media istifadəçisidir. Araşdırmalar, gündə orta hesabla iki saatımızı sosial mediada keçirdiyimizi göstərir. Bu, hər dəqiqədə yarım milyon tweet və Snapchat şəkili paylaşmaq mənasına gəlir. Sosial media insanların həyatına ciddi şəkildə təsir göstərir. Biz bu hesablardan istifadə etdiyimiz zaman Media Savadlılığını bilməliyik çünki əsas təsir göstərən amillərdən biri məhz budur. Media savadlılığı insanların özlərini Kiber hücumlardan qoruması və şəxsi məlumatlarını qorumağının ən vacib yoludur. Hər il minlərlə kiber hücumlar olur. İnsanların özlərini qorumağı üçün ibtidai təhsil dövründən ya da ən az orta təhsil dövründən etibarən Media savadlılığı dərsləri keçirilməsi vacibdir.

 

Süni intellekt və Tiktok dəyərləndirməsi

 

Son bir neçə ildə Tiktok-la yanaşı süni intellekt özüfə məşhurlaşmağa  davam edir. Bəs görəsən süni intellekt insanlara necə təsir edir? Tiktok-da çox vaxt keçirən insanların görmüş ola biləcəyi kimi süni intellektlə hazırlanan videolar  çox izlənmə alır. İnsanların xəbərləri olmadan onların üzlərindən, səslərindən  istifadə edərək videolar çəkilir. Çəkilən videoların həqiqətən o şəxsə aid olub olmadığı isə mübahisə mövzusu olaraq qalır. Yaxın zamanda araşdırmalardan birində gördüklərimdən yola çıxaraq deyə bilərəm ki, Tiktok platforması üzərindən süni intellektdən istifadə edən bir satış səhifəsi öz satışlarını və izlənmələrini xeyli artırmış olub, insanların mübahisəsinə səbəb olub. Səhifədə Türkiyənin tanınmış film ulduzlarının üzləri süni intellektlə kopyalanaraq başqa şəxsin üzərinə qoyulub və insanlar bunun gerçəj olub olmadığı ilə bağlı        fikir      yürütməyə       başlayıblar.      İnsanlar        hələdə süni     intellektin yarada biləcəklərindən xəbərsizdilər.

 

Başqa bir Tiktok istifadəçisi isə süni intellektdən istifadə edərək dünyasını dəyişmiş bir müğənninin səsinikopyalayıb başqa bir şəxsin mahnısını onun səsi ilə oxunmuş halını izləyicilərlə paylaşıb. Bu da insanların marağına səbəb olub.

 

Ən son dünya üzərində səs salan süni intellekt mövzusu isə Böyük Britaniya Krallıq ailəsi ilə əlaqədardır. Ailənin Şəhzadəsi olan xanım aylardır görünmədiyi üçün insanlar onun vəfat etdiyini düşünür və bu məsələ çox böyüməyə başlayır. BBC və başqa agentliklərdən isə mövzu ilə bağlı heç bir məlumat verilmir. Yaxın zaman xanımla bağlı Böyük Britaniya ailəsi tərəfindən video paylaşılır. Videoda xanımın xəstə olduğu və bir müddət müsahibə vermək istəmədyini dediyi görülür. Bu video dünya üzərində məşhurlaşandan sonra isə Tiktok istifadəçiləri videonu analiz etməyə başlayır. Elon Musk tərəfindən inkişaf etdirilən analiz proqramı var, hansı ki, bir verilənin süni intellektlə yaranıb yaranmadığını sübut etmək istifadə olunur. Bu proqram vasitəsi ilə video analiz edildikdən sonra böyük bir şok dalğası insanları öz içinə alır. Videonun 90% süni intellektlə düzəldiyi və xanımın vəfat etdiyi xəbəri dillərdən düşməyərək yayılmağa davam edir. Süni intellektin yaradacaqları hələ tam özünü göstərməyib. Daha populyar olacağı zamanlarda insanları pis vəziyyətdə qoya bilər. Hansı ki, bir şəxs evində yatarkən onun videosu süni intellektlə bir cinayətin şübhəlisi olacaq şəkildə düzəldilib insanlara göstərilə bilər. Bu kimi vəziyyətlərlı qarşılaşmamaq üçün isə Media Savadlılığını bilmək həyatımızda mühüm rol oynayır.

 

Nəticə:

Sosial medianın insanların öz məhsulu olduğunu vurğulamaq vacibdir. Bir insanın sosial media platformalarından necə istifadə etdiyi onun özü ilə bağlı bir məsələdir. İnsanlar Tiktokdan necə istifadə edib nələri izləyəcəklərsə onların əsas gördükləri videolarda bu istiqamətdə dəyişəcək. Media savadlılığı insanlara ən kiçik yaşdan etibarən verilməyi vacib olan bir dərsdir. Çünki bununla insanlar özlərini qorumağı öyrənir. Gələcəkdə isə müharibə şəraitində və ya informasiya müharibəsi dövründə dövlətə və şəxsə qarşı ediləcək müdaxilələrlə insanların həyatı təhlükəyə atılmasın. 2020-ci il müharisində gördüyümüz kimi əsasən də sərhəd bölgəsində yaşayan insanlara həmvətənli adı ilə bir çox mesajlar yazılıb və onlardan bilgi almağa çalışıblar. Başqa bir  nümunə göstərir ki, insanlar bilmədən hərbi texnikaların şəkillərin çəkərək paylaşmağı texnikanın yaxınlığındakı şəxslərin həyatını təhlükəyə atıb. Bu deyilənlər hər biri media savadlılığı və onun önəmini vurğulamaq üçün nəzərdə tutulub. Media savadlılığı gərək müharibə dövründə gərəksə də sakit bir dövrdə insanlara lazımdır. Çünki burada deyilənlərdən çıxarıldığı üzrə süni intellekt bizim həyatımıza hələ tam daxil olmayıb. Gələcək 5 il ərzində süni intellektin insan həyatının bir çox  hissəsində olacağı araşdırmalar nəticəsində məlumdur. Süni intellektin bir çox peşələri sıradan çıxaracağıda məlumdur. Hətta yaxın dövr ərzində Hollywood’da bununla bağlı aksiya olmuş və nəticədə ssenari müəllifləri öz işlərinə uzun bir müddət ara vermişdilər.

Ləman Təhməz

PAGE TOP