Natiq Mehdi qətlə yetirilib – İş yoldaşı tutuldu

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Müsavat Partiyasının bir neçə gündür itkin düşmüş üzvünün qətlə yetirildiyi məlum olub.

DİN-in Mətbuat xidmtindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Natiq Mehdi Məhəmməd oğlunun (Natiq Ulubəy) itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Araşdırmalarla 1964-cü il təvəllüdlü Natiq Mehdinin iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırma aparılır.

Qeyd edək ki, bu gün Müsavat Partiyası Natiq Mehdinin itkin düşməsi barədə məlumat yayıb. Bildirilib ki, o, 3 gün əvvəl itkin düşüb. Yaxınlarının dediyinə görə, onun öz avtomobili ilə birgə itkin düşməsi ilə bağlı polisə məlumat veriblər.

Xatırladaq ki, Natiq Mehdi Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüş, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Natiq Mehdi Bakı şəhərindəki orta məktəblərdən birində mühafizəçi vəzifəsində çalışırmış.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt