Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi

XƏBƏR XƏTTİ
“Peşəkar təhlil gözləyirəm…”•Azərbaycanda bu keçmiş təhsil ocağı SÖKÜLƏCƏK – VİDEO•Axtarışda olan şəxs Firanın evində gizlənibmiş… – FOTO•Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi – FOTO•Fira Cəlilovanın evindəki hadisə ilə bağlı – DİN-dən açıqlama – VİDEO•Zelenski generalı vəzifəsindən azad etdi•10 dollarlıq biletlə 1 milyon qazandı – 6 gün sonra həbs edildi•Kənd yumurtası 50 qəpiyə kimi qalxdı – VİDEO•“Peşəkar təhlil gözləyirəm…”•Azərbaycanda bu keçmiş təhsil ocağı SÖKÜLƏCƏK – VİDEO•Axtarışda olan şəxs Firanın evində gizlənibmiş… – FOTO•Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi – FOTO•Fira Cəlilovanın evindəki hadisə ilə bağlı – DİN-dən açıqlama – VİDEO•Zelenski generalı vəzifəsindən azad etdi•10 dollarlıq biletlə 1 milyon qazandı – 6 gün sonra həbs edildi•Kənd yumurtası 50 qəpiyə kimi qalxdı – VİDEO•

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslər ayrı-ayrılıqda tamah məqsədilə adam öldürməkdə təqsirli bilinib. Keçmiş rektor Müşfiq Atakişiyev, Samir Quliyev və Dəyanət Quliyev hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mərhum prorektorun qətlinin sifarişçisi kimi mühakimə edilən eks-rektor son sözündə Tariyel Əhmədovu öldürtdürmək fikrinin olmadığını təkrar edərək, məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Qeyd edək ki, hadisə 13 il əvvəl – 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D. Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

 


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt