Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı – FOTO

XƏBƏR XƏTTİ
Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Kiyevə dron hücumunda azərbaycanlı həlak oldu – Yaralılar var•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, Paşinyana qarşı etirazın əsas təşkilatçısı arxiyepiskop Baqrat Qalstanyan respublika meydanını tərk edib.

Məcra.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Onun Ermənistanın sabiq prezidenti Robert Köçəryanla görüşə getdiyi, ondan təlimat alacağı ilə bağlı söz-söhbət də yayılıb.

Bundan sonra Baqratın hansısa mehmanxanadan ayağı sarıqlı vəziyyətdə olan şəkli paylaşılıb.

Tərəfdarları iddia ediblər ki, keşiş İrəvana gələrkən ayağında problem yaranıb və indi həkim nəzarətindədir.

Onun tərəfdarları bu iddianı yaymağa ona görə məcbur olublar ki, Köçəryanın adının etiraz aksiyasında çəkilməsi insanları bədbinləşdirib. Sirr deyil ki, ermənilər Xocalı qatilinə nifrət edirlər və onun bir daha hakimiyyətə qayıtmasını istəmirlər.

Amma ayağında “problem” yaranan Baqratın xəstəxanada yox, mehmanxanada həkim “nəzarətində” olması şübhələrə yol açır. Artıq etirazçılar arasında söz-söhbət gəzir ki, keşiş məhz Köçəryanın diktəsi ilə hərəkət edir.

 “Publika.az”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt