2024-cü il aprelin 23-də Azərbaycanın dövlət başçısı “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq konfransında iştirak edib. Azərbaycanın dövlət başçısı çıxışında bu gün Azərbaycan üçün önəmli olan bir çox məsələlərə də münasibət bildirib. Hər şeydən öncə bu gün hər kəsin diqqət mərkəzində Azərbaycanla Ermənistan arasında olan münasibətlər dayanır. Prezident İlham Əliyev birmənalı olaraq qeyd edib ki, COP29 tədbirinin başlanmasına qədər Ermənistanla Azərbaycan arasında saziş imzalana bilər”.
Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ermənistan tərəfinə müqavilənin imzalanması üçün şərtləri irəli sürüb: “Azərbaycan bu gün Cənubi Qafqazda ədalətsiz sülhün bağlanmasına ehtiyac olduğu fikrindədir. Bu sülhün bağlanmasında Ermənistan da qonşu dövlətlərin diqtəsi ilə və Azərbaycanla Ermənistan arasında olan münasibətlərin səmimiləşməsinə mane olan dövlətlərin fikirləri ilə hərəkət etməməlidir. İki qonşu dövlət münasibətləri məhz özü həll etməlidir.
Son günlərdə Qazaxın dörd kəndinin geri qaytarılması ilə bağlı iki dövlət arasında danışıqların nəticəsi də onu göstərir ki, münasibətlər ikili danışıq çərçivəsində həll edilə bilər. Eyni zamanda dövlət başçısı beynəlxalq forumda Azərbaycan və bizə qonşu olan dövlətlər arasında olan əlaqələrə də münasibət bildirib və qeyd edib ki, Ermənistan istisna olmaqla digər qonşu dövlətlərlə heç bir mübahisəli məsələsi yoxdur. Ermənistandan da bundan nəticə çıxararaq, bu münasibətləri tənzimləməyə kömək etməlidir. İki dövlət arasında sülh müqaviləsinin imzalanması Azərbaycanla yanaşı Ermənistana da uğur gətirəcək. Zəngəzur koridorunun işə salınması Ermənistan iqtisadiyyatını hərəkətə gətirəcək.
Ölkə başçısı çıxışında bir daha bildirib ki, biz müstəqil dövlət olaraq heç bir dövlət üçün problem yaratmırıq, əksinə regionda sülhün təmin olunması üçün çalışırıq.
Ermənistanda baş verənlərin hamısına çox ciddi yanaşmaq üçün tam
haqqımız var. Ancaq biz onların daxili işlərinə və ya uzaqda yerləşən başqa ölkələrlə münasibətlərinə heç bir halda qarışmırıq. Biz heç vaxt heç bir ölkənin daxili işinə qarışmırıq və bunu bütün qonşularımız bilir. Amma bu, bizim milli təhlükəsizliyimizlə bağlı bir məsələdir. Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik. Biz bu mövqeyi
Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq.
Ermənistan danışıqlardan yalnız işğalı möhkəmləndirmək və işğalı de-fakto əbədi etmək üçün istifadə edib.1992-ci ildən 2020-ci ilə qədər danışıqlar prosesində olmuşuq, əslində isə Ermənistan bu danışıqlardan yalnız işğalı möhkəmləndirmək və işğalı de-fakto əbədi etmək üçün istifadə edib. Biz Ermənistanın ərazisini istəmirik, bizim istədiyimiz yalnız öz ərazilərimizin tam və əbədi nəzarətimizdə olmasıdır.
Mübariz Əsədov,
Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbin direktoru